“Qəbələ” Premyer Liqada ikinci qələbəsini qazandı
Bizi izləyin

İdman

“Qəbələ” Premyer Liqada ikinci qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında II tur davam edir.

Publika.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 2-ci qələbəsini qazanan “Qəbələ” xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider “Sabah”la 3-cü sıradakı “Qarabağ” da eyni xala malikdir.

Xalı olmayan “Şamaxı” isə 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Sabah” səfərdə “Zirə”ni 3:1, “Qarabağ” “Sumqayıt”ı 2:0, “Turan Tovuz” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm