Onun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır: Qurban Qurbanov - Video
Bizi izləyin

İdman

Onun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır: Qurban Qurbanov - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə (Plzen) Çexiyada keçirəcəkləri cavab matçı barədə danışıb.

Publika.az CBC Sport-a istinadən xəbər verir ki, mütəxəssis Çexiyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:

“Hər şey yolunda və qaydasındadır. Təkcə bizə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır. Hazırlığımız pis alınmayıb. “Turan Tovuz”la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq”.

Təcrübəli mütəxəssis komandasının üzvü Toral Bayramovun adının Türkiyənin “Qalatasaray” klubu ilə hallanmasına münasibət bildirib: “Bizdə belə məlumat yoxdur. Sanki futbolçunun başını qarışdırmaq üçün bu cür şayiələr yayılır. Bu da məni narahat edir. Daha çox reklam xarakterli belə iddiaları kimlərin ortaya atdığını bilmirəm. Futbolçumuzun adı birdən-birə belə böyük klubla hallanır. Hamımız buna şad olarıq və sevinərik. Amma məncə, hər şeyə ciddi yanaşmaq lazımdır. Ciddi olduqda həm klub, həm də futbolçu düzgün qərar verə bilir və daha doğru düşünməyi bacarır. Belə şayiələr yalnız futbolçunun ziyanınadır. Ona ziyan verirsə, kluba da təsir edir. Ediləcək bir şey yoxdur. Dəfələrlə belə hallar baş verib. Gənc oyunçularla bağlı bu cür xəbərlər çıxdıqda müəyyən müddət öz yaxşı formasından uzaq olurlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm