İdman
Daşkənddə tarix yazanlar vətənə qayıtdı – FOTOLAR
Daşkənddə keçirilən böyüklər arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıblar.
Publika.az xəbər verir ki, çempionatda bir qızıl, bir gümüş medal qazanan güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, Azərbaycan Güləş Federasiyasının nümayəndələri və jurnalistlər qarşılayıblar.
Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın yarışlardakı çıxışını yüksək qiymətləndirib. Umudov Hacı Əliyevin gələcəkdə Olimpiya Oyunlarında da qızıl medal qazanmağa qadir olduğunu bildirib:
“Xetaq Qazyumov da finala qədər yaxşı irəlilədi. Yekunda gümüş medalla kifayətlənməli oldu. Hacı Əliyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu, həqiqətən də möhtəşəm uğurdur. Bu qələbə münasibətilə başda ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev olmaqla, bütün xalqımıza həsr edirik.
Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində idmançılarımız
beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Bu qələbədə
Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun
əməyi böyükdür, gələcəkdə də federasiya rəhbəriyinin etimadını
doğrultmağa çalışacağıq”.
Qeyd edək ki, Hacı Əliyev 61 kq çəki dərəcəsində qızıl, Xetaq
Qazyumov isə 97 kq-da gümüş medala sahib çıxıb.
Aygün İlqarqızı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...