İdman
Braziliya Cənubi Koreyanı darmadağın etdi - YENİLƏNDİ

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Publika.az xəbər verir ki, "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.
Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.
Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.
00:37
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 5-ci qol vurulub.
Publika.az xəbər verir ki, 76-cı dəqiqədə Asiya təmsilçisi hesab arasındakı fərqi azaldıb. Payk Senq Ho adını tabloya yazdırıb - 4:1.
23:41
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 4-cü qol vurulub.
Publika.az xəbər verir ki,"sambaçılar"ın yarımmüdafiəçisi Lukas Paketa 36-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 4:0.
23:30
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, Cənubi Amerika millisi 3-cü qolu rəqibin qapısından keçirib. 29-cu dəqiqəqədə Rişarlison fərqlənib.
23:13
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.
Publika.az xəbər verir ki, 13-cü dəqiqədə penaltidən fərqlənən Neymar "sambaçılar"ın üstünlüyünü artırıb.
23:08
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda erkən qol vurulub.
Publika.az xəbər verir ki, 7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.
xxx
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyunu başlayıb.
Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
xxx
23:00
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan
Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.

-
Dünya17:03
Ukrayna Rusiyanın neft kəmərini vurdu
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO
-
Region16:00
Molla rejiminin "yeni oyunu" - Terrorçunu xəstəxanaya yerləşdirdilər
-
Sosial15:21
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı
-
Magazin115:10
Hacı Nuranın brilliant daşlarla bəzədilmiş 30 minlik saatı - Video
-
Magazin114:30
Meyxana ustadları biznesmenin itinə meyxana dedilər - Video
-
Hadisə13:52
Şəxsi görüntüləri ilə şantaj olunan baş həkimin şok əməlləri - Həbs edildi, əmlakları isə...
-
Cənubi Qafqaz13:10
İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib - Kostanyandan ETİRAF