Messinin bu hərəkətini bədəninə döydürdü - FOTO
Bizi izləyin

İdman

Messinin bu hərəkətini bədəninə döydürdü - FOTO

FOTOLAR

Qətərdə keçirilən dünya çempionatı son mərhələsinə qədəm qoyur. Artıq final yaxınlaşır. Bu müddət ərzində mundial bizə müxtəlif hisslər bəxş edib. Son bir neçə həftədə çoxlu qalmaqallarla yanaşı, gülməli hadisələr də yaşanıb.

Publika.az-ın diqqətini çəkənlər arasında cəsur azarkeşlər də var. Fanatlar, döymələri ilə gündəmə gəliblər.

Bunlardan biri də argentinalı fanatın Lionel Messiyə həsr etdiyi tatudur. Hollandiya üzərindəki emosional qələbədən sonra Leonun sevinc hisslərini görmüşdünüz. O, Lui van Qala tərəf çevrilərək “səni eşidə bilmirəm” jestini edib. Deyəsən pərəstişkarı da Leo kimi həmin anın xoşbəxtliyindən unudulmayacaq pay alıb. Ona görə də belə gözəl döymə etməyə qərar verib.

Fransa millisinin azarkeşi isə eyni üslubda, amma biraz fərqli formada seçim edib. Bir az tələsib də, deyə bilərik. Didye Deşamın rəhbərlik etdiyi komandanın İngiltərə üzərində qələbəsindən (2:1) sonra 22 yaşlı azarkeş Fransa millisinin üçulduzlu emblemini bədəninə həkk edib:

“Uduzsaq, üçüncü ulduzun üstündən xətt çəkmək üçün çarpaz döymə çəkdirəcəyəm. Amma əminəm ki, Fransa yarımfinalda Mərakeşə 1:0, finalda isə Argentinaya 2:0 hesabı ilə qalib gələcək”, - fanat deyib.

Qeyd edək ki, DÇ-2022-nin yarımfinal görüşləri 2 günü əhatə edəcək. Bu gün Argentina Xorvatiyanı, sabah isə Fransa Mərakeşi sınağa çəkəcək. Hər iki görüş saat 23:00-da başlayacaq. Mundialın finalı dekabrın 18-də baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm