İdman
Braziliyalılardan Messiyə təklif: Gəl iz qoy
Rio-de-Janeyro İdman İdarəsinin rəisi, "Marakana" stadionunun administratoru Adriano Santos növbəti dəfə argentinalı hücumçu Lionel Messiyə müraciət edib.
Publika.az xəbər verir ki, o, 35 yaşlı hücumçuya ayaq izlərini əfsanəvi Braziliya stadionunun Şöhrət Zalına təqdim etmək üçün müraciət edib. Santos Messiyə hörmətlə yanaşdıqlarını bildirib:
“Messi artıq öz dəyərini meydanda və meydandan kənarda sübut edib. O, uzun illər futbol tarixində ən yüksək pillədə olan futbolçudur. Dünya kubokunu qazanmaq gözəl və qalib karyeranın tacıdır. “Marakana” da ona hörmətlə yanaşır. Axı Messi sadəcə bir futbol dahisidir”.
2019-cu ildə də Messiyə bu təklif edilib. Həmin vaxt bu məsələ barədə futbolçuya yalnız şifahi formada müraciət edilib.
Qeyd edək ki, Pele, Qarrinça, Ziko və Ronaldinyo kimi futbolçuların ayaq izləri "Marakana"nın Şöhrət Zalında yerləşdirilib.
Heybət
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...
-
Magazin110:18
Xoşqədəm verilişində təhdid edildi - VİDEO
-
Hadisə09:36
Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
-
Region09:16
Paşinyanın komandasında istefa ardınca istefa: Vardanyan da getdi
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO