Onun həbsxana həyatı - Məhbuslar "təcavüzkar"a necə münasibət göstərirlər?
Bizi izləyin

İdman

Onun həbsxana həyatı - Məhbuslar "təcavüzkar"a necə münasibət göstərirlər?

Braziliya millisinin üzvü Dani Alveş bir həftədən çoxdur ki, həbsdədir. Buna səbəb müdafiəçinin Barselonanın gecə klublarından birində qıza cinsi təcavüz etməsidir.

İndi o, məhkəmənin yekun qərarını gözləyir. Buna qədər isə həbsxanada qalmalı olacaq. Bir çoxunu maraqlandıran sualdır ki, futbolçu hansı şəraitdə qalır?

Cəzaçəkmə müəssisəsi 3 mərtəbəli, hər birində 72 kamera olan 14 yaşayış modulundan ibarətdir. Bütün kupelərdə məhbusların zəruri əşyalar ala biləcəyi mağaza var. Bundan əlavə, hər modulda həkim kabineti, yeməkxanalar, bərbər yerləşir. Tək və ya iki nəfərlik olan hücrələrin hamısı duş otağı ilə təchiz edilib. Alves 13 nömrəli moduldadır. Burada cinsi cinayətlər törətmiş insanlar cəzalarını çəkirlər.

Müəssisənin ümumi sahəsi 14 hektardır. Ərazidə məhkumların müxtəlif mədəni-maarif, əmək və idmanla məşğul ola biləcəyi bir neçə yer var.

Alvesin gündəlik rejimi digər məhbuslarla eynidir. Onun günü saat 8:00-da başlayır və bütün həbsxana modullarında işıqlar sönəndə - 22:00-da bitir. Eyni zamanda, Dani artıq həbsxanada ilk futbol matçını keçirib. Braziliyalının meydanda olması onun oyununu izləmək istəyən məhkumlar arasında böyük səs-küyə səbəb olub.

Bu yaxınlarda məhbuslardan biri 14 illik həbs cəzasını çəkərək müəssisəni tərk edib. O, Alvesin avtoqraf qoyduğu "Barselona"nın köynəyini göstərib. "Sevgi ilə qucaqlaşırlar" - deyə Dani yazıb. Daha sonra baxımlı imzasını gülümsəyən smayl müşayiət edib. Keçmiş məhbusun sözlərinə görə, yeni məhbusun populyarlığı Kataloniya həbsxanasında heç kəsi biganə qoymayıb. Bildirir ki, heç kim Alvesi təcavüzkar adlandırmır.

Dani ümumi sahəsi 6 m² olan iki nəfərlik kameradadır. Onunla birlikdə Koutinyo adlı həmyerlisi qalır. Xeyr, o həmyerlisi, "Barselona" və "Liverpul"un keçmiş futbolçusu deyil. Ronaldinyonun keçmiş mühafizəçisidir. Bir vaxtlar Barselonada gecə klublarında mühafizəçi kimi də çalışıb. İndi o da cinsi cinayətə görə cəza çəkir.

Yeri gəlmişkən, həbsxananın girişində Alveş 100 avroluq kart alıb. O, bu pulu müəssisə ərazisindəki mağazada xərcləyə bilər. İspaniya mətbuatı iddia edir ki, braziliyalı artıq dörd qutu tuna balığı, dörd qatıq, şampun, dezodorant və bir neçə enerji içkisi alıb. Eyni zamanda, "Barselona"nın keçmiş futbolçusu əlavə paltar almaqdan imtina edib.

Alvesin kamerada televizor istəmək imkanı da var. Lakin braziliyalı hələlik bu variantdan imtina edib. Həmkarlarımızın iddiasına görə, futbolçu biznesi ilə bağlı heç bir xəbər almaq istəmir.

Bəzi məhbuslar belə bir tanınmış şəxsiyyətin olmasının onların qohumları ilə görüş cədvəlinə təsir edəcəyindən ehtiyat edirlər. Həbsxana rəhbərliyi Alvesin həbsxana həyatı ilə bağlı məlumatları sızdıran əməkdaşları cəzalandırmağa hazırdır. Jurnalistlər indi Alvesin olduğu həbsxanadan yenicə çıxmış insanlarla söhbətlər əsasında məlumat toplayır. Bundan əlavə, media, məhbusların yaxınları ilə danışır, braziliyalıya hamı kimi yanaşdıqlarını deyirlər.

Alvesin günahı sübuta yetirilərsə, onu 4 ildən 12 ilə qədər həbs gözləyir. Əvvəlcə braziliyalı gecə klubundan tanış olduğu qızla əlaqəsini inkar edib. O, daha sonra ifadəsini üç dəfə dəyişdirib. Sonda isə hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini bildirib. "Sambaçı" təfərrüatları açıqlamaq istəməyib, çünki həyat yoldaşının xəyanətdən xəbər tutacağından qorxub.

Futbolçunun vəkilləri hələ də optimistdirlər. Onlar Alvesin həbsə atılması qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər. Vəkillərin sözlərinə görə, braziliyalı bir ay ərzində azadlığa buraxıla bilər. Məhkəməyə müdafiə tərəfinin dəlillərini araşdırmaq, ittiham tərəfinin sübutlarını tələb etmək və yekunda qərar qəbul etmək üçün 30 gün vaxt veriləcəyi güman edilir.

“El Mundo”nun məlumatına görə, 39 yaşlı futbolçunun vəkillərində qızla münasibətin razılıq əsasında olduğuna dair sübutlar ola bilər. Daninin vəkillərinin işi yolunda getsə, braziliyalı ən azı proses davam edərkən azadlıqda olacaq. Alves özü istənilən nəzarət tədbirlərinə, o cümlədən yüksək məbləğdə girov, elektron qolbaq taxmaq və hüquq-mühafizə orqanlarına gündəlik hesabata hazırdır.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm