Ulduz futbolçu: “Komanda yoldaşlarım mənə eşşək deyirlər"
Bizi izləyin

İdman

Ulduz futbolçu: “Komanda yoldaşlarım mənə eşşək deyirlər"

"Çelsi"nin hücumçusu Kay Havertz eşşəklərə olan sevgisindən danışıb.

Publika.az xəbər verir ki, almaniyalı futbolçu "The Guardian"a açıqlamasında deyib:

“Bəzi komanda yoldaşlarım mənə eşşək deyirlər. Söhbət mənim oyunumla bağlı deyil. Uşaqlıqdan eşşəklərə xüsusi münasibət bəsləmişəm. Çox sakit heyvandır. Bəlkə də mən özümü onlarla təcəssüm etdirmişəm. Çünki mən də sakitəm. Onlar bütün günü dincəlirlər, demək olar ki, heç nə etmirlər, sadəcə həyatlarından həzz alırlar. Mən onları həmişə sevmişəm. Uduzanda heyvanlara baxıram, onlarda insani bir şey görürəm. Onda özümü rahat hiss edirəm".

Qeyd edək ki, Almaniya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir. O, bu mövsüm London klubunda ümumilikdə 36 oyuna 9 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm