"Yuventus"un növbəti maxinasiyaları üzə çıxdı
Bizi izləyin

İdman

"Yuventus"un növbəti maxinasiyaları üzə çıxdı

"Yuventus" yeni saxtakarlıqda ittiham olunur.

Publika.az xəbər verir ki, informasiyanı "La Gazzetta dello Sport" yayıb. Bildirilir ki, "qoca sinyora" maliyyə hesabatlarında digər klublarla müqavilələr üzrə öhdəliklərini gizlədib. Bu barədə "Prisma" şirkəti Turin klubunun "Atalanta", "Sassuolo", "Kalyari", "Udineze", "Bolonya", "Sampdoriya" və "Sion" ilə əməkdaşlıq faktlarını açıqlayıb.

Turinin iqtisadi polisi "Yuventus"un 2019-2021-ci illəri əhatə edən hesabatları ilə bağlı ilkin araşdırma zamanı "Sassuolo" və "Atalanta"ya 8 milyon avro məbləğində borcu aşkarlayıb. İstintaqda, həmçinin "Yuventus" və "Atalanta"nın təmsilçiləri Fabio Paratiçi və Luka Perkassi tərəfindən imzalanan 2020-ci il üçün sənədlər var.

"Calcio e Finanza"ın hesabatına görə, "Yuventus"un digər klublarla razılaşmalardan əldə etdiyi şişirdilmiş kapital qazancı 2019-cu ildə 33 milyon avroya çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm