Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR
Bizi izləyin

İdman

Gözəlliyi başına bəla oldu, idmanı bu sahəyə dəyişdiyini açıqladı - FOTOLAR

Peyc Spiranak qadın qolfçulardan biri idi .O, karyerasından daha çox şəxsi həyatı və idmandankənar fəaliyyəti ilə diqqəti cəlb edib.

1993-ci il təvəllüdlü Spiranak ABŞ-da doğulsa da, valideynləri xorvatiyalıdır. Xanım idmançı karyerası boyunca nəticələri ilə deyil, xarici görkəmi ilə gündəmə gəlib. Fotoları tez-tez jurnalların üz qabığından peyda olub. Buna görə ona "örtük kuklası" ləqəbi də verilib.

Şəxsi həyatı qalmaqalarla doludur. Hər şey sevgilisindən ayrıldıqdan sonra başlayıb. Oğlan onun intim şəklini internetdə yayımlayıb. Bu da onu müzakirə obyektinə çevirib.

Nəticədə Peyc ağır depressiya keçirib. Bundan qurtulmaq üçün qeyri-adi addım atıb. Xanım qolfçu nüfuzlu "Sports Illustrated" jurnalı üçün soyunmağa razılaşıb.

Bundan bir müddət sonra Peyc tanınmış beyzbolçu Stiven Tinoko ilə evlənib, Lakin cütlük tezliklə ayrıldıqlarını elan ediblər.

Bir həftə əvvəl Spiranak "YouTube" kanallarından birinə verdiyi müsahibə ilə növbəti dəfə gündəmə gəlib. Seksuallığın daimi qınaqlarından yorulduğunu, qolfçu kimi karyerasını tanamilə bitirdiyini və bundan sonra striptizlə məşğul olacağını bildirib. Peyc, hətta özü üçün təxəllüs də seçib - Sandy Mounds.

Ancaq tezliklə məlum olub ki, qolfçu xarici görünüşünü tənqid edən insanları trollamaq üçün belə zarafat etmək qərarına gəlib. Spiranak qolf karyerasını davam etdirəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm