Murad Musayevdən QƏLƏBƏ ŞƏRHİ: "Ondan sonra ümidim artdı"
Bizi izləyin

İdman

Murad Musayevdən QƏLƏBƏ ŞƏRHİ: "Ondan sonra ümidim artdı"

"Qəbələ"nin müdafiəçisi Murad Musayev Azərbaycan Kubokunun "Neftçi" ilə final matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Publika.az 29 yaşlı vitse-kapitanın müsahibəsini diqqətinizə çatdırır:

- İnam həmişə var idi. Şükürlər olsun ki, həm çempionatda, həm də kubokda istəyimizə çatdıq. Finalda "Neftçi" ilə oynamaq bizim üçün gözəl hiss idi. Çox sevinirik. Kubok mənim üçün çox önəmli idi. Bu klubun yetirməsiyəm, burada böyümüşəm, futbola burada başlamışam. Arzum idi ki, "Qəbələ" ilə titulum olsun. Ardıcıl iki il uğurlu nəticələr əldə etdik. Çox xoşbəxtəm.

- Oyundan əvvəl "Neftçi" titulsuz qalmağın təzyiqi altında idi. Bu, "Qəbələ"nin daha rahat oynamasına səbəb oldu?

- Hər komanda təzyiq altında olur. Çünki, ortada bir titul var. Matç başlayandan sonra bütün təzyiqlər itdi və oyun istədiyimiz kimi getdi.

- Son dəqiqələrdə bəzi epizodlardan yararlana bilmədiniz. Həmin anlarda düşünmədiniz ki, kubok əldən gedə bilər?

- Xeyr. Oyun əlavə vaxta gedəndə hiss edirdim ki, qalib gələcəyik. Ülvi İsgəndərovun vurduğu top dirəyə dəydi. Ondan sonra ümidim artdı ki, şansımız olacaq.

- Penaltilərə hazırlaşmışdız?

- "Qələbə" hər zaman hazırdır.

- Demək olar ki, "Neftçi"yə qol epizodu vermədiniz. Rəqibi necə təhlil etmişdiniz?

- Baş məşqçimiz lazım olan tapşırıqları bizə verir. Biz də onun istəklərini yerinə yetirməyə çalışırıq. İstəkli və əzmkar mübarizənin sayəsində lazım olan nəticəni əldə etdik.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm