İdman
Futbolçu olmasaydı, oğru olacaqdı: O, həyat yoldaşına ad günündə niyə hədiyyə almır? - FOTOLAR
Zlatan İbrahimoviçin futbolla vidalaşması son 2 günün ən çox müzakirə edilən mövzularından biridir. Vida mərasimindən bu qədər vaxt ötsə də, hələ sosial şəbəkələr, dünya mediası onu müzakirə edir.
41 yaşlı əfsanə ilə bağlı danışılacaq o qədər məqam var ki. İbranın karyerası, cızdığı yol, vurduğu qollar, xarakteri və s. Bütün bunlara onun kəlama çevrilən sitatlarını da əlavə etmək olar.
Zlatanın geridə qoyduğumuz illər ərzində mətbuata verdiyi açıqlamar, tədbirlərdə dediyi fikirlər aforizmə çevrilib. O, gedər ayaqda - vida mərasimində belə iz qoymağı bacarıb. Futbolla vidalaşarkən "Verona" azarkeşlərinin onu fitə basmasına - "Davam edin, məni izləmək mövsümdəki ən vacib nailiyyətinizdir", – deyə cavab verib. Özünü “Tanrı” adlandırılan əfsanə karyerasını başa vurmasını özünəməxsus formada şəth etdi: “Bu səhər yuxudan duranda yağış yağırdı. Öz-özümə dedim ki, hətta Tanrı da ağlayır”.
Onun bu kimi açıqlamaları çoxdur. Onlara nəzər yetirmək, yəqin ki, heç də pis fikir olmaz.
- “İbrahimoviç zədəli halda da komandası üçün böyük üstünlükdü”.
- “Parisdə ev axtarıram. Tapmasam, otel alacam”.
- “Bir dəfə İsveçrə ilə oyunda topu sola çəkdim, rəqib müdafiəçi Stefan Ençoz sola getdi, Sağa çəkdim, sağa getdi. Sonra yenidən sola çəkdim, o, sosis almağa getdi”.
- “Futbolu seçməsəydim, oğru olardım. Kiçik yaşlarımda məşqə getmək üçün velosiped oğurlayırdım”.
- “Mario Balotellini bəyənirəm, məndən də çılğındı. Qələbə qolunu vura, amma sonra da gedib oteldə yanğın törədə bilər”.
- “Mourinyo həyat yoldaşımla tanış olduğu gün ona "Yelena, sənin bir vəzifən var: Zlatan vaxtında yatsın və yaxşı bəslənsin" demişdi. O, fikrindən keçən hər şeyi deyir”.
- “İlk vaxtlar Qvardiola mənim üçün pis deyildi. Ancaq sonra məşq meydanının yanına təcili yardım maşını gətirmələrini istədim. Çünki onu hər an öldürə biləcəyimi demişdim”.
- “"Barselona"nın formasını geyinməyi həmişə arzu edərdim. Ancaq sonra başa düşdüm ki, bəzi şeylər arzu olaraq qalsa, yaxşı olar”.
- “"Barselona"da olanda Qvardiolaya "sən qorxağın birisən, Mourinyonu qısqanırsan" dedim, heç bir reaksiya göstərmədi. Paltardəyişmə otağında axmaq fikirlərlə guya futbolçuları oyuna kökləyirdi”.
- “Kriştianu Ronaldo xoşbəxt insandı, hər dəfə ön sırada oturaraq Lionel Messinin mükafat qazanmasını seyr edir”.
- “Balotelli "Real"a yox, "Barselona"ya yaraşar. Çünki orta səviyyəli oyunçudur və orta səviyyəli komandada olmalıdır”.
- “Parisin artıq Mona Lizadan daha çox şeyi var” (özünü nəzərdə tutur).
- “Devid Bekhemin transferi ilə PSJ təkcə güclü yox, həm də yaraşıqlı komanda oldu”.
- “Menecerim yoxdur. Menecerlər yalnız zəif oyunçulara komanda tapmaq üçün var. Böyük klublar birbaşa mənimlə əlaqə saxlaya bilər”.
- “Fransa çempionatında çox futbolçu tanımıram. Amma əminəm ki, onların hamısı məni tanıyır”.
- “Həyat yoldaşıma ad günündə heç nə almıram. Çünki o, onsuz da, Zlatana sahibdir”.
- “Messinin məndən üstün olduğunu deyirsən, çünki onun “Qızıl top”ları var? Yaxşı, bu güclü arqumentdir. Amma mən ayağımın altına stul qoymadan avtomatdan özümə konfet götürə bilərəm”.
- Müxbirin "növbəti oyunu qazanarsınız" sualına cavabı: "Onu sadəcə Tanrı bilər. O da hazırda qarşında dayanıb".
- “17 yaşım olanda Arsen Venger məni “Arsenal”a baxışa çağırdı. Təklifini rədd etdim. Zlatan baxışa getmir”!
- “Pep Qvardiola ilə bir yerdə işləmək haqqında: “Təsəvvür edin ki, “Ferrari” alırsınız, amma “Fiat” kimi sürürsünüz”.
- “PSJ ilə vidalaşanda: “Kral kimi gəldim, əfsanə kimi gedirəm”.
- "Mən şərab kimiyəm. İllər ötdükcə daha dadlı oluram".
Heybət Məmmədov
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü