İdman
"Soyuq xokkey"in finalını necə isitmək olar? - Hovuz, iri monitor və.... - FOTOLAR

Hazırda ABŞ-ın Milli Xokkey Liqasında final seriyasının matçları keçirilir. "Veqas Golden Nayts" və "Florida Panters" komandaları baş mükafat uğrunda mübarizə aparır.
Xokkey qış idman növü olsa da, şimal yarımkürəsi artıq yay fəslinə doğru gedir. ABŞ-da da isti havalar başlayıb. Finalçıların təmsil etdiyi şəhərlərdə artıq minimum 30 dərəcə istilik qeydə alınır. Bu isə çimərlik mövsümünün başlmasına səbəb olub. Yəni xokkeyçilər qışın simvollarından biri hesab edilən idman növü ilə yayda məşğul olurlar.
Las-Veqasda bu günlərdə 35 dərəcə isti var. Bilet əldə edə bilməyən yerli azarkeşlər "Veqas"ın final oyunlarını birbaşa hovuzda izləyirlər. Bu necə olur?
Yerli otel kompleksi "CIRCA" demək olar ki, istənilən idman növünün kütləvi şəkildə nümayişini təşkil edir. Amerika futbolu burada ən çox baxılan idman növüdür. Şəhərin NHL-də və digər komanda idman növlərindəki təmsilçilərinin görüşləri burada yayımlanır.
Oteldə 6 hovuz var, onların qarşısında diaqonalı 43 metr olan monitor yerləşdirilib. Təkcə su kompleksinin tutumu 4 min nəfərdir. Oraya giriş cəmi 20 dollardır. Lakin daha yüksək səviyyədə xidmət göstərilən bölmələrin qiyməti 1000 dollara çatır. Məsələn, bir neçə nəfərlik divanlar bütün gün üçün 600 dollardır. Axşamlar - oyunlar zamanı, saat 17:00-dan 23:00-a qədər isə qiymət 200 dollar olur. Ən bahalı yerlər isə suyun üzərində yerləşdirilən divanlardır - 1000 dollar. Qiymətə hovuzda üzmək, kokteyllər, içkilər, partilər, şoular və idman tədbirlərinin nümayişi daxildir.
Bəzi pərəstişkarlar bura "Veqas"ın loqosu olan çimərlik geyimləri ilə gəlirlər. Klubun rəsmi saytında belə geyim dəsti yoxdur. Lakin "Ebay"da geyimi endirimlə 29 dollara almaq olar.
"CIRCA" belə tədbirlərin yay boyunca davam edəcəyini vəd edir. Buna böyük tələbat da var. Maraqlıdır, onlar seriyanın həlledici qarşılaşmaları üçün nə yeniliklər fikirləşəcəklər?
Qeyd edək ki, final seriyasının ilk 2 matçında "Veqas Golden Nayts" doğma meydanda "Florida Panters"i məğlub edib - 5:2 və 7:2. Növbəti 2 qarşılaşma Floridada iyunun 9-da və 11-də baş tutacaq.
Heybət Məmmədov

-
Magazin118:50
Emin Ağalarov bu xanımla duet oxuyacaq - FOTO
-
Sosial18:30
Qarabağı tərk edən erməninin "dostum" dediyi məşhur azərbaycanlı DANIŞDI
-
Nida Xəbər 17:22
"Erməni sakinlərə ərzaq yardımı davam edəcək" - Hacıyev
-
Hadisə16:50
Bərdədə partlayış oldu - Yaralılar var
-
Qarabağ 16:15
Qarabağı tərk edən erməni məşhur azərbaycanlı həkimin dostu imiş
-
İqtisadi gündəm15:55
Bu məhsullar kəskin bahalaşdı - 5 manata satılır
-
Magazin115:10
Qənirə xanım gülüb, “ay bacı, Allah nə yazıbsa, o da olacaq" dedi
-
Nida Xəbər 14:39
"Azərbaycan Ordusu Xocalıya bu məqsədlə daxil olub" - Ərdoğan