İdman
Musayev sabiq futbolçusunu "Sabah"a gətirir
"Krasnodar"ın futbolçusu Maqomed-Şapi Süleymanov "Sabah"a keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sport-ekspress” məlumat yayıb.
Bildirilir ki, ötən mövsüm "bayquşlar"ın lideri olan Aleksey Kaşuk komandanı tərk edəcəyi üçün Azərbaycan klubu fəal şəkildə sol cinah vinger mövqeyinə oyunçu axtarır. Ukraynalı futbolçunu əvəzləyəcək əsas namizəd isə Süleymanovdur. “Sabah" 23 yaşlı vingeri qış transfer pəncərəsində almaq şərti ilə icarəyə götürə bilər.
Həmçinin qeyd olunur ki, Azərbaycan klubu futbolçuya son olaraq icarə əsasında çıxış etdiyi “Hapoel”də (Beer-Şeva) aldığı qədər - ilinə 250-300 min dollar ödəməyə hazırdır.
Qeyd edək ki, hazırda “Sabah”ın baş məşqçisi Murad Musayev 2018-2021-ci illərdə “Krasnodar”a rəhbərlik edib. "Buğalar"ın yetirməsi olan Şapi Süleymanov məhz onun rəhbərliyi dövründə əsas komandaya yüksəlib.
Heybət
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?