İdman
“Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır”
.jpg?v1751997089)
Avro-2016-nın seçmə mərhələsində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində NH Palermo otelində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunub.
Publika.az B.Foqtsun səsləndirdiyi fikirləri diqqətinizə çatdırır: “İtaliyada olmaq mənim üçün hər zaman çox xoşdur. Buraya həm istirahət məqsədilə, həm də məqşçi kimi gəlməkdən həmişə məmnun olmuşam. Məni yaxından tanıyanlar bilir ki, İtaliya futbolunun dostuyam, bu komandanın oyununu izləməkdən zövq alıram. İtaliya millisinin son dünya çempionatında qrup mərhələsini adlaya bilməməsi təəssüfləndirici məqamdır. Xüsusilə, bu komandanın üzvlərinin çıxış etdiyi klubların adlarına diqqət yetirərkən, belə bir uğursuzluğun necə baş verdiyini anlamaqda çətinlik çəkirsən.
Çox şadam ki, Frankfurtda toplanış keçirmək fürsətimiz oldu. Buna qədər Milan şəhərində “İnter” – “Qarabağ” oyununu izləmək imkanım olmuşdu. Futbolçularımızın hazırlığı məni qane etmir; əksəriyyəti qısa müddət ərzində ardıcıl iki oyunda arzulanan səviyyədə oynamaq gücündə deyil.
İngilislərdə belə bir deyim var: oynaya-oynaya öyrənmək lazımdır. İtaliya yığması ilə qarşılaşma məhz belə oyunlardandır. Futbolçularımız bu qarşılaşmadan qorxmamalıdır. Çünki İtaliya millisi kimi komandalara qarşı oynamaq fürsəti tez-tez ələ düşmür”.
Vaqif Cavadov və Mahir Şükürovu yığmaya dəvət etməməsinə də münasibət bildirən B.Foqts bu haqda belə deyib:
"Bu barədə sizə daha sonra ətraflı danışacam. Ancaq onu deyə bilərəm ki, hazırda hər iki futbolçunun hazırlıq səviyyəsi aşağıdır. Məlum olduğu kimi, Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. İndidən həmin turniri düşünməli və gənclərə şans verməliyik".
67 yaşlı mütəxəssis İtaliya və Xorvatiya ilə oyunların çətin keçəcəyini vurğulayıb: "Frankfurtda hazırlıq keçdiyimiz üçün çox şadam. Bundan öncə mən “Qarabağ”ın Avropa Liqasında “İnter”lə oyununa baxmışdım. Onu deyim ki, “Qarabağ”ın oyunçularının heç də hamısı yüksək səviyyədə deyil. Səbəbini bilmirəm. İtaliya və Xorvatiyaya qarşı oyunlar çox çətin olacaq.
Bununla belə, biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. Əgər 23 yaşındakı futbolçu meydana qorxa-qorxa çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub. Sizcə mən ondan qorxurdum?"

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq