UEFA və TFF Azərbaycan bayrağına qadağa qoydu: Türkiyə ayağa qalxdı - FOTOLAR
Bizi izləyin

İdman

UEFA və TFF Azərbaycan bayrağına qadağa qoydu: Türkiyə ayağa qalxdı - FOTOLAR

Sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Ermənistanı qəbul edəcək.

Publika.az xəbər verir ki, Eskişehirdə keçiriləcək qarşılaşma öncəsi heç də xoş olmayan hadisələr yaşanır. Buna səbəb Türkiyə Futbol Federasiyasının (TFF) UEFA-nın təzyiqi ilə sözügedən görüşdə üçüncü ölkəyə aid bayraq, poster və bannerlərin stadiona daxil edilməsini qadağan etməsidir.

Qərar rəsmən açıqlanmasa da, aparıcı KİV-də yayımlanıb. Bu da azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Fanatlar matça Azərbaycan bayrağı ilə gəlmək istədiklərini bildirirlər. TFF-nin qərarına təkcə azarkeş qrupları deyil, ictimai birliklər və təşkilatlar da etiraz edirlər. Hətta sosial şəbəkələrdə #BayrağımaDokunmaTFF heşteqi yaradılıb.

Maraqlı məqam budur ki, bu, Türkiyədə futbol matçında Azərbaycan bayrağına qoyulan ilk qadağa deyil. 2009-cu ildə Bursada keçirilən Türkiyə - Ermənistan görüşündən əvvəl də anoloji qərar verilmişdi. Həmin vaxt da TFF FİFA-nın müdaxiləsi ilə Azərbaycan bayraqlarının stadiona buraxılmamasıyla bağlı göstəriş vermişdi. Nəticədə stadionun girişində bayraqlarımız azarkeşlərin əlindən alınaraq zibil qutusuna atılmışdı. Həmin vaxt böyük qalmaqal yaşanmışdı. Türkiyəli azarkeşlər eyni halın təkrarlanmasnı istəmirlər.

Bu qərar beynəlxalq futbol qurumlarının ikili standartlarından qaynaqlanır. Azərbaycan millisiylə yanaşı, klublarımızın səfər oyunlarında Ermənistanla yanaşı, separatçıların əski parçası da stadionlara buraxılıb. Elə İrəvanda keçirilən Ermənistan-Türkiyə oyununda da separatçıların əski parçası asılmışdı. Amma nə FİFA, nə də UEFA edilən şikayətlər, yaşanan qalmaqallara rəğmən bununla bağlı tədbir görməyib.

Maraqlıdır ki, Azərbaycan millisinin oyunları zamanı tribunalarda Türkiyə bayrağı dalğanır. Bu, prinsipial matçlarda da belə olur. Bununla bağlı AFFA azarkeşlərə heç bir qadağa tətbiq etmir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm