Millimizin oyununda nə baş verirdi? - Bir-birilərini söyə də, itələyə də bilərlər
Bizi izləyin

İdman

Millimizin oyununda nə baş verirdi? - Bir-birilərini söyə də, itələyə də bilərlər

Avstriya yığma komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasını 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, qonaqların baş məşqçisi Ralf Ranqnik matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı oyuna qadir olduğunu bilirdik, son iki matçlarına baxmışdıq. Bura gələndə Azərbaycanı analiz etmişdik. Asan olmasa da, konsentrasiya olmuşduq ki, qalib gələk. Buna da nail olduq.

- Son dəqiqələrdə futbolçularınız Şahruddin Məhəmmədəliyevin üzərinə şığıdı. Qorxmurdular ki, cavabı başqa cür olar?

- Əgər davanı nəzərə alırsızsa, bu, futboldur, hər vəziyyət ola bilər. Dava da həmçinin. Sona 10 dəqiqə qalmış Saşa sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi.

- Qələbə qazandıqca, oyunçular rahatlıq hiss edir?

- Oyunçular mahnı oxuyurdular. Qalib gəlməklə arxayınlaşmırıq. Öz üzərimizdə işləməliyik.

- Meydanda hansısa söyüş oldu?

- Meydanda hər şey ola bilər. Futbolçular bir-birilərini söyə də, itələyə də bilərlər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə də hətta bir-birini söyürdülər. İrəli addım atmaq üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxırlar.

- Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Bayer" klubu ilə Avropa Liqasında qarşılaşacaq. Sizcə, "Qarabağ" onlardan xal ala bilər?

- Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanırıq, məlumatımız var. "Bayer" indi yaxşı formadadı, Bundesliqada yaxşı nəticələr əldə edirlər. Xal alacaqlar ya yox, bunu vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır.

- Azərbaycan millisi ilə görüşdə səhvlər olurdu, oyunçularınız toparlana bilmirdi. Fasilədə onlara nəsə dediz?

- Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. İkinci hissə başlayanda oyunçulara dedim ki, toparlanmaq və ən azı bir qol vurmaq lazımdır. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. İkinci yarıda yenə səhvlər edirdik.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm