Atasını girov götürənlərə müraicət etdi
Bizi izləyin

İdman

Atasını girov götürənlərə müraicət etdi

"Liverpul"un yarımmüdafiəçisi Luis Dias atasının qaçıran Milli Azadlıq Ordusuna müraciət edib.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu müraicəti sosial şəbəkə hesabında paylaşıb:

"Sizə bunu yazan futbolçu deyil, Luis Manuel Diasın oğlu Luço Diasdır. Atam, zəhmətkeş adam, ailənin dayağı olub. Onu qaçırıblar. Milli Azadlıq Ordusundan atamı tez bir zamanda azad etmələrini xahiş edirəm. Beynəlxalq birliklərdən də xahiş edirəm ki, onun azadlığını təmin etmək üçün bunun üzərində işləsinlər. Hər saniyə, hər dəqiqə biz daha çox narahat oluruq. Ailəmizin keçirdiyi dəhşətli hissləri təsvir etməyə sözümüz yoxdur. O, evə gələnə qədər də olmayacaq. Sizdən xahiş edirəm, atama hörmət edərək, dərhal azad edin".

Qeyd edək ki, Diasın valideynləri oktyabrın 29-a keçən gecə Kolumbiyada qaçırılıb. Anası polislər tərəfindən dərhal xilas edilsə də, atası hələ də girovdur.

Əlavə edək ki, Futbolçu "Liverpul"un "Luton Taun"la matçında 95-ci dəqiqədə qol vurduqdan sonra formasını qaldırıb və “Atamı azad edin” yazısını nümayiş etdirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm