Premyer Liqada hələ belə aqibətlə üzləşən olmamışdı
Bizi izləyin

İdman

Premyer Liqada hələ belə aqibətlə üzləşən olmamışdı

“Tottenhem” İngiltərə Premyer Liqası tarixində ilkə imza atıb.

Publika.az xəbər verir ki, "mahmızlar" mövsümün əvvəlində 10 oyunu məğlubiyyətsiz keçirdikdən sonra ardıcıl üç matçda məğlub olan birinci komanda olub.

Anqelos Postekoqlunun yetirmələri 11-ci turda "Çelsi"yə (1:4), sonrakı matçda "Notinqem Forest"ə (1:2) uduzub. London klubunu son olaraq "Aston Villa" məyus edib - 1:2.

Ölkə çempionatının ilk 10 matçında “Tottenhem” səkkiz qələbə qazanıb və daha iki görüşdə heç-heçə edib.

13 turdan sonra "mahmızlar" 26 xalla turnir cədvəlində 5-ci sırada qərarlaşıb “Tottenhem” növbəti turda “Mançester Siti” ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm