İdman
Bu gün 10-cu turun oyunlarına start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək. Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gələcək. Hər iki oyun saat 14:00-da başlayacaq.
Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq. AZAL klubu isə evdə "Simurq"la qarşılaşacaq.
Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyun saat 18:00-da başlayacaq.
29 oktyabr
Azərbaycan Premyer Liqası, 10-cu tur
14:00. “Araz Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov,
Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu.
14:00. “Bakı” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid
Məmmədov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail
Nağıyev
Sumqayt şəhər stadionu
17:00. AZAL – “Simurq”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil
Hüseynli
Bakı. “AZAL Arena”
18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil
Əhmədov
Bakı. “İnter Arena”

-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi
-
Sosial17:00
Əhaliyə xəbərdarlıq: Növbəti iki gündə...
-
Magazin216:21
Halit Ergenc həbs edildi - Görün nəyə görə cəzalandırıldı