Baş məşqçi xəstəxanaya düşdü
Bizi izləyin

İdman

Baş məşqçi xəstəxanaya düşdü

"Spartak Moskva"nın baş məşqçisi Murat Yakın xəstəxanaya düşüb.

Publika.az-ın məlumatına görə, türk əsilli mütəxəssisdə angina aşkarlanıb.

Klubdan mətbuata verilən açıqlamada bildirilir ki, Yakın axşam məşqi zamanı yüksək hərarət və boğaz ağrısı səbəbi ilə həkimə müraciət edib.

Mətbuata verilən məlumata görə, o, klub həkimlərinin müayinəsindən sonra xəstəxanaya aparılıb.

Bəyanatda bildirilir ki, gənc məşqçinin “Rubin"lə baş tutacaq Rusiya kuboku qarşılaşmasına qədər sağalacağı böyük sual altındadır.

Qeyd edək ki, Murat Yakın iyun ayında klubun rəhbərliyinə gətirilmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm