İdman
Güləş federasiyasında məşqçi dəyişikliyi oldu: Umudovdan razı qalıb toxunmadılar

Olimpiya Güləş Mərkəzində güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusu ilə görüş keçirilib.
AGF-nin I vitse-prezidenti Namiq Əliyevin də iştirak etdiyi görüşdə yığma komandalarının məşqçilər korpusunda edilən dəyişikliklər açıqlanıb.
Dəyişikliyə əsasən sərbəst güləş üzrə böyüklərdən ibarət millinin baş məşqçisi Semyon Çterev qadın güləşi üzrə böyüklərdən ibarət yığmamızı çalışdıracaq. Onun köməkçiləri isə Kostantin Konorev (böyük məşqçi qismində) və Arif Fərmanov (məşqçi) olacaq.
Qadın güləşi üzrə yığmamızın baş məşqçisi Yaqub Məmmədov isə gənc qızlardan ibarət yığmaya böyük məşqçi təyin olunub. Ona məşqçi qismində Aslan Ağayev kömək edəcək. Yeniyetmə qızlardan ibarət yığmaya Həsrət Məmmədyarov böyük məşqçi, İsaməddin Hüseynov məşqçi kimi rəhbərlik edəcək.
Sərbəst güləş üzrə milli komandamıza tanış sima dəvət olunub. Belə ki, keçmiş baş məşqçi Saypulla Absaidov yenidən postuna qaytarılıb. Firdovsi Umudov yenə böyük məşqçi postunda qalıb. David Kurtsiya isə məşqçi vəzifəsinə təyin olunub.
Gənclər
Böyük məşqçi - Əsgərxan Novruzov
Məşqçi - Rövşən Hacıyev
Yeniyetmələr
Böyük məşqçi - Nazim Əlicanov
Məşqçi - Vahid Məmmədov
Məşqçi - Rövşən Umudov
Kiçik yaşlı yeniyetmələr
Mehman Nəcəfov
Elşad Allahverdiyev
Mehman Nəcəfov
Yunan-Roma güləşi üzrə millimizdə baş məşqçi vəzifəsini yenə Cəmşid Xeyrəbadi yerinə yetirəcək. Ona Nurəddin Rəcəbov böyük məşqçi, Akif Əliyev və Ayyub Azmudə məşqçi kimi kömək edəcək.
Yunan-Roma yığmasının böyük məşqçisi Şaban Donatın da postu dəyişilib. Gənclər yığmamızda böyük məşqçi kimi Şaban Donat Zöhrab Abbasov və Turac Hüseynov isə məşqçi kimi çalışacaq.
Yeniyetmələr
Böyük məşqçi - Bəhram Mürvətov
Məşqçi - İslam Cəfərov
Məşqçi - Fuad Alıyev
Kiçik yaşlı yeniyetmələr
İlqar Abdulov
Vüqar Aslanov
Rasim Ağayev
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov
məşqçilər korpusunda edilən dəyişikliklərlə bağlı belə danışıb:
"Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun
əmrinə əsasən, yığma komandaların məşqçilər korpusunda
dəyişikliklər edildi. İnanırıq ki, dəyişiklik yığma komandaların
daha da gücləndirilməsi və güləşçilərin qarşıdan gələn yarışlara
daha yaxşı hazırlaşmalarına xidmət edəcək”.
Aygün İlqarqızı

-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı
-
Dünya12 İyul 16:30
Ərdoğan danışdı, xanımı ağladı - VİDEO