İllər sonra sirr açıldı: Ronaldinyo MY ilə razılaşıbmış, amma...
Bizi izləyin

İdman

İllər sonra sirr açıldı: Ronaldinyo MY ilə razılaşıbmış, amma...

2003-cü ildə Ronaldinyo PSJ-dən ayrılmaq qərarına gəldi. Həmin vaxt bir neçə Avropa nəhəngi braziliyalı ulduzu təqib edirdi.

Publika.az xəbər verir ki, "Mançester Yunayted" "sehrbaz"ı transfer etmək istəyən iddialılar arasında idi. Lakin transfer baş tutmadı. Ronaldinyo "Barselona"nın oyunçusu oldu.

O vaxtdan iyirmi ildən çox vaxt keçir. “Qırmızı şeytanlar”ın o zamankı icraçı direktoru David Qill Rio Ferdinandın podkastına qonaq qismində qatılıb və braziliyalı futbolçunun “Yunayted”ə baş tutmayan transferindən danışıb:

"Şəxsən mən bu transferə o qədər də yaxın olduğumuzu düşünmürdüm. Ronaldinyo orada olanda Parisə getdik, onun agenti olan qardaşı Roberto de Assislə tanış olduq. Hər şeyi müzakirə etdik. O zaman Piter Kenyon mənimlə idi.

Sonra onları Mançester hava limanında qarşıladıq, danışıqlardan keçdik və bütün hesablamaları apardıq. Demək olar ki, əmək haqqı və agentlik haqları ilə bağlı razılığa gəlmişdik. Peter "Old Trafford"a qayıtdı və mən onlara məsələni nəzarətdə saxlayacağımı dedim".

Mən yaxşı atmosfer hiss etmədim. Həmin vaxt "Barselona"dan təklif gəldi. Mən kifayət qədər müqavilələr bağlamışam. Bir oyunçunun konkret transferlə həqiqətən maraqlanıb-maraqlanmadığını anlayıram. Sadəcə hiss etdim ki, “Barselona” Ronaldinyoya müraciət etməsəydi, bizə gələcəkdi. "Barsa" açıq şəkildə Ronaldinyo üçün prioritet idi.

“Barselona” transfer təklifi verməsəydi, biz razılaşardıq. Artıq bütün detalları razılaşdırmışdıq. Düşünmürəm ki, səhv bir şey etməmişik, sadəcə "Barsa" ortaya çıxdı".

Qeyd edək ki, Ronaldinyo həmin il Kataloniya klubuna transfer olundu və əfsanə olmağı bacardı. "Mançester Yunayted" isə onun əvəzinə istedadlı və perspektivli portuqaliyalı Kriştiano Ronaldonu heyətinə qatdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm