İdman
“Qarabağ”ın hansı futbolçuları meydanda olmayacaq? – RƏSMİ
Avroliqanın qrup mərhələsinin II dövrəsinə start veriləcək.
Publika.az-ın məlumatına görə, IV turun 24 qarşılaşmasından biri Azərbaycanda baş tutacaq.
Avrokuboklarda yeganə təmsilçimiz olan “Qarabağ” ikinci ev matçını keçirəcək. F qrupunda mübarizə aparan Ağdam təmsilçisi 2 həftə əvvəl Kiyevdə qarşılaşdığı Ukrayna “Dnepr”I ilə yenidən üz-üzə gələcək.
Səfərdə 1:0 hesabı ilə qalib gələn komandamız Bakıda da 3 xal üçün mübarizə aparacaq. Təmsilçimiz buna nail olsa, 1/16 finala daha da yaxınlaşacaq. Hazırda qrupda ikinci olan Azərbaycan çempionu ən yaxın izləyicisi “Sent-Etyen”lə səfər oyunu öncəsi qalib gəlməlidir ki, Fransaya rahat gedə bilsin.
“Dnepr”lə matçdakı xal itkisi daha çox fransalıların işinə yaraya bilər. Ukraynalılar isə ölkəmizə qələbə dalınca gəldiyini açıq şəkildə bəyan ediblər. Çünki məğlubiyyət Ukrayna təmsilçisinin qrupda qalmasını da rəsmiləşdirə bilər. Bu məsələdə turun digər qarşılaşmasının da rolu olacaq.
“Qarabağ”-“Dnepr” qarşılaşmasını polşalı hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski kömək edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Publika.az klubun zədəli futbolçuları ilə bağlı məlumat alıb. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan ibrahimov oyunçuları Rəşad Sadıqov və Danilo Dias haqda məlumat verib:
“Dias zədəli olduğu üçün “Dnepr”lə oyunda dəqiq iştirak etməyəcək. O ki qaldı Rəşad Sadıqova, o hazırda məşqdədir. Onun meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir. Oyuna 2-3 saat qalmış baş məşqçi Qurban Qurbanov qərar verəcək”.
Aygün İlqarqızı
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA