Azərbaycan Premyer Liqasının klubları cərimələndi
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqasının klubları cərimələndi

AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb.

Publika.az xəbər verir ki, buna onun “Qəbələ” ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.

“Turan Tovuz” 500, “Qarabağ” 1 500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələniblər.

“Qarabağ” isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.

Komitə “Sumqayıt”a 700 manat cərimə kəsib. “Gənclik şəhəri” təmsilçisinin dörd oyunçusu “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm