Avro-2024-dən kənar qala bilər: Nə baş verir?
Bizi izləyin

İdman

Avro-2024-dən kənar qala bilər: Nə baş verir?

"Mançester Yunayted"in hücumçusu Markus Reşford AVRO-2024-dən kənar qala bilər.

Publika.az xbər verir ki, İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt 26 yaşlı futbolçunun son çıxışlarından razı deyil. Onun Avropa çempionatı üçün komandanın heyətinə daxil olacağına zəmanət vermir. Yerli mətbautda Reşfordun Avro-2024 üçün açıqlanacaq heyətdə yer almaq şansı qazanmaq üçün mövsümün qalan matçlarında yaxşı forma nümayiş etdirməli olduğu bildirilir.

Qaydalara əsasən, Avro-2024 üçün istənilən komandanın iştirak ərizəsinə 23 futbolçu daxil edilə bilər. Post-pandemiya dövründə isə bu say 26 idi.

Reşford İngiltərənin Braziliya və Belçika ilə son iki matçında cəmi 15 dəqiqə meydanda olub. "Sambaçılar"la oyunda (0:1) əvəzedici kimi meydana çıxıb.

Qeyd edək ki, Markus bu mövsüm "Mançester Yunayted"in heyətində 27 Premyer Liqa oyununda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm