İdman
Daha bir superulduz Messinin komanda yoldaşı ola bilər
İki ABŞ klubu "Sevilya"nın ispan müdafiəçisi Serxio Ramosla maraqlanır.
Publika,az xəbər verir ki, söhbət "Los Anceles Qalaksi" və "İnter Mayami"dən gedir. Bu barədə türkiyəli insayder Ekrem Konur məlumat yayıb.
ABŞ mətbuatı isə Ramosa hər iki klubun oxşar məvacib təklif etdiyini bildirib. Dünya və ikiqat Avropa çempionu olan ispaniyalı müdafiəçinin sadəcə Los Anceles və ya Florida arasında seçim etməli olduğu bildirilir.
Ramos ötən yay azad agent kimi doğma komandası “Sevilya”ya qayıdıb. Bu mövsüm müdafiəçi əndəlusluların heyətində bütün turnirlərdə 29 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib. Onun La Liqa klubu ilə müqaviləsi iyun ayının sonuna kimi qüvvədədir.
Qeyd edək ki, "İnter Mayami"də Ramosun PSJ-dəki komanda yoldaşı Lionel Messi və İspaniya millisində birlikdə uğurlar qazandığı Serxio Buskets və Xordi Alba yer alıb.
Heybət
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?