Rəqiblərini kor edən qapıçıya ağır cəza verildi
Bizi izləyin

İdman

Rəqiblərini kor edən qapıçıya ağır cəza verildi

"Tiqres"in qapıçısı Nahuel Quzman Meksika çempionatının oyunu zamanı tribunada əyləşərkən lazer işığı ilə rəqiblərinin görməsinə mane olub.

Publika.az xəbər verir ki, buna görə o, 11 oyunluq cəzalandırılıb.

Oyun aprelin 13-də baş tutub və 3:3 hesabı ilə başa çatıb. Lakin hadisə ilə bağlı məlumat yalnız indi açıqlanıb. Quzman “Monterrey”in futbolçularına, xüsusən də qapıçı Esteban Andradeyə qarşı lazer şüasından istifadə edib. Quzmanın özü isə zədə səbəbindən matçda iştirak etməyib. Oyunu VİP otaqdan izləyib.

Daha sonra Quzman və "Tiqres" üzr istəsələr də, bu, futbolçunu sanksiyalardan xilas etməyib. Qapıçı diskvalifikasiya ilə yanaşı, cərimə və ictimai işlərlə də cəzalandırılıb.

Qeyd edək ki, 38 yaşlı Quzman Argentina yığmasının da üzvü olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm