“Barsa”nın baş məşqçi postuna yeni namizəd
Bizi izləyin

İdman

“Barsa”nın baş məşqçi postuna yeni namizəd

“Barselona” rəhbərliyi komandaya yeni baş məşqçi axtarışındadır.

Publika.az “TEAMtalk”ın məlumatına istinadən xəbər verir ki, “Barselona” “Aston Villa”nın baş məşqçisi Unai Emerinin xidmətində maraqlıdır.

Xatırladaq ki, “Aston Villa”dan əvvəl Unai Emeri “Vilyarreal”da çalışıb. O, klubu ilə 2021/2022 mövsümündə Avropa Liqasının qalibi olub.

Bundan əlavə, ispaniyalı “Sevilya” ilə bu turnirdə 3 dəfə qalib olub. Emeri PSJ-də də çalışıb və 2018/2019 mövsümündə Fransa çempionu olub. İki dəfə Fransa Kubokunu, iki dəfə Fransa Liqa Kubokunu və iki dəfə Fransa Superkubokunu qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm