“Siti”də onun gedişinə hazırlıq başladı - ŞOK İDDİA
Bizi izləyin

İdman

“Siti”də onun gedişinə hazırlıq başladı - ŞOK İDDİA

“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın gedişinə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Xorxe Pikon yazıb.

Mənbənin sözlərinə görə, “şəhərlilər” ispan mütəxəssislə müqavilənin uzadılacağına getdikcə daha az əmindirlər. Hazırkı müqavilənin müddəti 2025-ci ildə başa çatır.

“Relevo”nun məlumatına görə, hazırda İspaniya “Jirona”sına rəhbərlik edən Mişel baş məşqçi postuna namizədlər arasında nəzərdən keçirilir.

Xatırladaq ki, Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” ötən mövsüm trebl edərək tarixdə ilk dəfə Çempionlar Liqasının qalibi olub. Həmçinin ispaniyalının rəhbərliyi altında “şəhərlilər” 5 dəfə Premyer Liqanın qalibi olmağı bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm