“Bavariya”nın əfsanəsinin heykəli ucaldılacaq
Bizi izləyin

İdman

“Bavariya”nın əfsanəsinin heykəli ucaldılacaq

“Bavariya”nın doğma stadionu “Allianz Arena”da Frans Bekkenbauerin abidəsi ucaldılacaq.

Publika.az xəbər verir ki, bu, insan boyundan 1,5 dəfə böyük olan, Bavariya almazı şəklində postament üzərində quraşdırılmış tunc heykəl olacaq. Bu barədə abidəni quraşdıracaq Kurt Landauer Fondu məlumat yayıb.

Layihənin tamamlanması təxminən 18 ay çəkəcək.

Qeyd edək ki, “Bavariya”nın keçmiş futbolçusu, məşqçisi və prezidenti Bekkenbauer 2024-cü ilin yanvarın 7-də vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm