A Seriyasında çempion müəyyənləşdi
Bizi izləyin

İdman

A Seriyasında çempion müəyyənləşdi

Futbol üzrə İtaliya A Seriyasının 33-cü turunun matçında “Milan”ı 2:1 hesabı ilə məğlub etmiş “İnter” vaxtından əvvəl çempionatın qalibi olub.

Publika.az xəbər verir ki, qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub.

Qonaqların qollarını Françesko Açerbi (18-ci dəqiqə) və Markus Türam (49) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.

Matçın əsas vaxtında meydanda hər iki komandanın futbolçuları arasında dava düşüb. “Milan”ın futbolçusu Teo Hernandes və “İnter”in müdafiəçisi Denzel Dümfris qırmızı vərəqə alıblar, daha sonra “Milan” ın futbolçusu Davide Kalabria dirsək zərbəsinə görə oyundan uzaqlaşdırılıb.

“İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına görə (19 qələbə) “Milan”ı ötüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm