Baş nazir tarixi klubun uğursuzluğuna görə Rusiyanı ittiham etdi
Bizi izləyin

İdman

Baş nazir tarixi klubun uğursuzluğuna görə Rusiyanı ittiham etdi

Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin “Dinamo” klubu barədə maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, köklü klubun uğursuzluqlarına görə açıq şəkildə Rusiyanı günahlandırıb.

“Dinamo" ətrafında baş verənləri də sizə xatırlatmaq istəyirəm. Futboldan heç bir təsəvvürü olmayan konkret iş adamı Rusiyadan gəlib, ona milli qürurumuz - əfsanəvi klubumuz Tiflis “Dinamo”su həvalə olunub. Beləliklə, klub faktiki olaraq məhv edilib. Bütün bu illər ərzində Avropa turnirlərində heç bir uğur əldə olunmayıb.

Bundan əlavə, Gürcüstan çempionatının bugünkü nəticələrinə nəzər salsaq, “Dinamo” 10 görüşdən 12 xal toplayıb və 5-ci yerdədir. Bizim şanlı idman klubumuzun əvvəlki rəhbərliyinin siyasəti buna gətirib çıxardı. Bir müddət əvvəl klubun hazırkı rəhbərliyi təlim-məşq bazasının ərazisində yaşayış binaları tikmək istəyib. Bu, əvvəlki rəhbərliyin apardığı siyasətin sübutudur. Təbii ki, biz buna imkan verməyəcəyik.

Lakin bu insanların mövqeyi aydın və başa düşüləndir. Onlar "Dinamo" adından siyasi bəyanatlar yayırlar. Bir neçə gün əvvəl Tbilisi təmsilçisinin adından Xarici Təsir Şəffaflığı Qanununa etiraz edən siyasi bəyanat yayıblar. Klub sahibi futbolla yanaşı, siyasəti də başa düşməlidir”.

Qeyd edək ki, Tbilisi “Dinamo”su 2 qat SSRİ çempionu, 18 qat Gürcüstan çempionu, UEFA kubokunun qalibidir (1981).

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm