Əfsanə Bellinqemlə Zidanın müqayisəsini yanlış hesab edir
Bizi izləyin

İdman

Əfsanə Bellinqemlə Zidanın müqayisəsini yanlış hesab edir

"Real"ın və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzales 20 yaşlı yarımmüdafiəçi Cud Bellinqem haqqında danışıb.

Publika.az xəbər verir ki, əfsanəvi kapitan İngilis futbolçunun sabiq komanda yoldaşı Zinəddin Zidanla müqayisə olunmasına münasibət bildirib:

“Bellinqem məni ən çox təəccübləndirən oyunçu oldu. O yetkindir, sanki bütün həyatı boyu burada olub. İlk gündən bunu hamıya göstərir. O, klubun əfsanələrindən birinə çevriləcək futbolçudur. Bellinqem və Zidan arasında müqayisələr aparırlar. Məncə, bu, çox yanlışdır. Zidan əfsanədir. Bellinqem isə tarix yazmaq qabiliyyətinə malikdir. Mənim üçün onlar fərqlidir”.

Qeyd edək ki, bu mövsüm Bellinqem "Real" formasıyla 36 matçda iştirak edib, 21 qol və 10 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm