Mbappe 127 milyondan niyə imtina edir?
Bizi izləyin

İdman

Mbappe 127 milyondan niyə imtina edir?

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk etmək üçün böyük məbləğdən imtina edə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Ramon Alvares "X" sosial şəbəkəsində məlumat verib.

Mənbənin sözlərinə görə, forvard sadiqlik bonusundan və bu mövsüm alacağı maaşın bir hissəsindən imtina etməyə hazırdır. Söhbət ümumilikdə 127,8 milyon avrodan gedir.

Kilianın 2024-cü ilin fevral ayının ilk həftəsində “Real”la müqavilə imzaladığı bildirilir. Futbolçunun Madrid klubu ilə müqaviləsi 5 illik olacaq. O, "qalaktikos"da bu müddət ərzində 225 milyon avro qazana bilər. Azad agent kimi transfer olunacağı üçün fransız forvardın imza bonusunun təxminən 150 milyon avro olacağı da iddia edilir.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 25 yaşlı futbolçu parislilərlə 13 kubok qazanıb. "Transfermarkt"a görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm