“Çelsi”nin sabiq baş məşqçisi məşhur klubun prezidenti seçildi
Bizi izləyin

İdman

“Çelsi”nin sabiq baş məşqçisi məşhur klubun prezidenti seçildi

“Portu” klubunda yeni prezident seçkiləri keçirilib.

Publika.az xəbər verir ki, qələbəni növbəti 4 il ərzində kluba rəhbərlik edəcək 46 yaşlı Andre Villaş-Boaş qazanıb.

O, bu postda 1982-ci ildən kluba rəhbərlik edən Xorxe Nuno Pinto da Kostanı əvəz edəcək. Onun rəhbərliyi altında klub iki dəfə – 1987 və 2004-cü illərdə Çempionlar Liqasının qalibi olub.

Andre Villaş-Boaş 2010/2011 mövsümündə “Portu”nun baş məşqçisi olub və komandanı Avropa Liqasında qələbəyə aparıb. O, həmçinin “Akademika”, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay SIPG” və “Marsel”ə rəhbərlik edib.

Seçkilərə bir neçə gün qalmış isə “Portu” baş məşqçi Serxio Konseysao ilə müqaviləni uzadıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm