"Lester" "Mançester Siti"nin rekordunu yenilədi
Bizi izləyin

İdman

"Lester" "Mançester Siti"nin rekordunu yenilədi

"Lester" İngiltərə Çempionşipinin 45-ci turunda "Preston"u məğlub edərək (3:0) rekorda imza atıb.

Publika.az xəbər verir ki, "tülkülər" sona bir tur qalmış 97 xalla birinci yeri təmin ediblər.

"Lester" 8-ci dəfə Çempionşipdə qalib olub ki, bu da turnir tarixinin ən yaxşı rekordudur.

"Mavi-ağlar" “Mançester Siti”yə məxsus rekordu yeniləyiblər. Hazırda Premyer Liqada hegomonluq edən şəhərlilər bu liqanı 7 dəfə qazanıb. Bu göstəricidə üçüncü yeri hərəyə 5 çempionluqla “Norviç”, “Sanderlend”, “Şeffild Uensdey” paylaşır.

Qeyd edək ki, "Lester" uğurlu çıxış sayəsində bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm