"Real" daha bir türkiyəli futbolçunu hədəfə aldı: Almaza bənzəyir
Bizi izləyin

İdman

"Real" daha bir türkiyəli futbolçunu hədəfə aldı: Almaza bənzəyir

"Real" uzunmüddətli perspektivdə Tibo Kurtuanı əvəz edə biləcək qapıçı axtarır

Publika.az xəbər verir ki, belçikalının 31 yaşı olduğunu nəzərə alan İspaniya nəhəngi artıq indidən onun yerini doldurmağı planlaşdırır. Əslində Madrid klubunun yeni "bir nömrəsi" Andrey Lunin ola bilərdi. Lakin ukraynalı qapıçı 2025-ci ilin yayında başa çatacaq və müddəti hələ də uzadılmayan müqaviləsi ilə bağlı vəziyyətə görə bu şansı itirir.

Eyni zamanda, üçüncü qapıçı olan və icarə əsasında transfer edilən Kepa Arrisabalaqanın klubda qalmaq imkanı yoxdur. Yayda o, məxsus olduğu "Çelsi"yə qayıdacaq.

Qeyri-müəyyən vəziyyəti nəzərə alan Madrid klub diqqətlərini Türkiyənin "Trabzonspor" klubunun qapıçısı Onuralp Çevikkana yönəldib. "Real" 18 yaşlı türkiyəli qolkiperi diqqətlə izləyir. "Qalaktikos"un skautları Onualpı almaza bənzədir və gələcək üçün ümidverici perspektivinin olduğunu bildirirlər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm