Arda "Real"da kimin varisi hesab edilir? - Danışıqlar zamanı mənə dedilər ki...
Bizi izləyin

İdman

Arda "Real"da kimin varisi hesab edilir? - Danışıqlar zamanı mənə dedilər ki...

Türkiyəli yarımmüdafiəçi Arda Gülər "Real"a transferinin necə reallaşmasından danışıb.

Publika.az xəbər verir ki, o, Madrid klubunda Luka Modriçin varisi hesab edildiyini bildirib:

"Tətildə olanda atam mənə zəng edib dedi ki, "Real" səni istəyir. Çox həyəcanlı idim. Bu, mənim uşaqlıq arzum idi, ona görə də seçimimdə arxayın idim.

Danışıqlar zamanı "Real" tərəfi mənə Luka Modriçin varisi olacağımı söylədi. Uzunmüddətli layihə təklif etdilər.

“Real”dan “Fənərbağça”ya müqaviləmdəki təzminat məbləğindən - 17,5 milyon avrodan bir qədər çox pul ödəməsini istədik. Onlar mehribanlıqla razılaşdılar. 20 milyon avro ödəniş etdilər. Daha bir il Türkiyədə qala bilərdim, amma “Fənərbağça”lı türk oğlanın nələrə qadir olduğunu dünyaya göstərmək istədim”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm