İki klubun azarkeşləri arasında kütləvi dava – VİDEO
Bizi izləyin

İdman

İki klubun azarkeşləri arasında kütləvi dava – VİDEO

Bu mövsüm “Sampdoriya” və “Cenoa” Genuya derbisi olmadı, çünki komandalar müxtəlif divizionlarda oynayırlar: “Cenoa” A Seriyasında, “Sampdoriya” B seriyasında. Ancaq məlum olub ki, bu da şəhərdə sakit həyata zəmanət vermir.

Publika.az xəbər verir ki, mayın 5-də Genuya küçələrində iki klubun azarkeşləri arasında kütləvi dava olub.

“Sampdoriya” azarkeşləri komandalarının B Seriyasında “Reccano” ilə oyunundan qayıdarkən böyük qrup “Cenoa” azarkeşləri ilə rastlaşıblar. Həmin vaxt azarkeşlər barda “Milan”la oyunu (3-3) izləyirmişlər.

Kütləvi dava baş verib. Davanı yalnız yerli polis bütün kvartalı bağlamaqla dayandıra bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm