Mbappe "Real"la bağlı suala belə reaksiya verdi - VİDEO
Bizi izləyin

İdman

Mbappe "Real"la bağlı suala belə reaksiya verdi - VİDEO

PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Dortmund "Borussiya"sına uduzaraq (0:1, ilk oyun 0:1) turnirdən kənarda qalıb.

Publika.az xəbər verir ki, məğlubiyyətdən sonra parislilərin əsas ulduzu Kilian Mbappe media nümayəndələrinin suallarını cavablandırıb. Jurnalistlərdən biri Kiliana "Sabah (red - bu gün) "Real"ı dəstəkləyəcəksən" sualını verib.

Bu sualdan sonra Mbappe qaşlarını dartıb, gözlərini həmkarımızdan yayındıraraq oradan uzaqlaşıb.

Qeyd edək ki, "Real" - "Bavariya" matçı bu gün keçiriləcək. Mbappenin mövsümün sonunda Madrid klubuna keçəcəyi bildirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm