UEFA bu klubu Çempionlar Liqasına buraxmaya bilər
Bizi izləyin

İdman

UEFA bu klubu Çempionlar Liqasına buraxmaya bilər

“Jirona” növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək üçün UEFA-dan icazə almaya bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

İspaniya klubu 2024/25 Çempionlar Liqasında iştirakını təmin edən "Mançester Siti"nin sahibi olan "City Group"a məxsusdur. Hər iki komandanın qitənin bir nömrəli klub turnirində çıxış etməsi UEFA-nın klub yarışları qaydalarının çoxlu klub mülkiyyəti ilə bağlı 5-ci maddəsinə zidd ola bilər.

"City Group", "Jirona"nın 47%-nə, digər 35%-i isə "Bolivar"ın prezidenti, boliviyalı iş adamı Marselo Klauraya məxsusdur. Bundan əlavə, "Jirona"nın prezidenti "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın qardaşı Pere Qvardioladır.

UEFA qaydalarına əsasən, eyni biznes qrupundan iki klub eyni turnirə vəsiqə qazanarsa, çempionatda digərinə görə üstn olan komanda iştirak hüququ qazanacaq. Hər iki komanda çempionatı eyni pillədə başa vurarsa, daha yüksək klub reytinqinə sahib olan komanda (red - bu halda "Siti") turnirə vəsiqə qazanır.

“Mançester Siti” İngiltərə çempionatının bitməsinə iki tur qalmış ikinci yerdədir. “Jirona” artıq La Liqada çempionluq şansını itirib və mövsümün sonuna dörd tur qalmış “Barselona”nı 1 xal, “Atletiko”nu isə 7 xal qabaqlayaraq ikinci yerdə qərarlaşıb. Kataloniya klubu tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqəni təmin edib.

Eyni zamanda mənbə iddia edir ki, İspaniya təmsilçisinin Avropa Liqasına yollanma ehtimalı azdır. Bununla belə, Çempionlar Liqasında iştirak etmək üçün İspaniya klubu indi UEFA klubunun maliyyə nəzarəti orqanında "Mançester Siti"dən təşkilati müstəqilliyini sübut etməlidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm