Qapı dirəyi, tir... - PSJ bu şanssızlıqla tarixə düşdü
Bizi izləyin

İdman

Qapı dirəyi, tir... - PSJ bu şanssızlıqla tarixə düşdü

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Borussiya"ya məğlub olan (0:1, ilk oyun 0:1) PSJ rekordlara imza atıb.

Publika.az xəbər verir ki, Paris klubu dirəklərə və tirə vurulan zərbələrin sayına görə turnir tarixinin ən yüksək nəticəsinə imza atıb. Fransa nəhəngi bir mövsümdə 14, bir pley-off matçında 4 və 2 oyundan ibarət mərhələ görüşlərində isə 6 dəfə belə vəziyyətlə üzləşib. Bu, turnir tarixinin ən yüksək statistikalarıdır.

Parislilər eyni zamanda Çempionlar Liqasının pley-off mərhələsində qol olmayan zərbələrə görə də rekorda imza atıblar. PSJ futbolçularının 30 zərbəsi tora qovuşmayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm