PSJ-nin yarımfinal sindromu: 7 oyundan...
Bizi izləyin

İdman

PSJ-nin yarımfinal sindromu: 7 oyundan...

PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin "Borussiya" ilə cavab oyununda 0:1 (ümumi 0:2) hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib.

Publika.az xəbər verir ki, Paris klubu qitənin bir nömrəli klub turnirində indiyədək keçirdiyi 7 yarımfinal matçının 6-da (86%) uduzub. Bu da sözügedən mərhələdə ən azı 5 görüş keçirmiş komandalar arasında ən pis nəticədir.

PSJ-nin yeganə qələbəsi 2020-ci ildə "Leypsiq"lə oyunda (3:0) olub. Həmin il yarımfinallar koronavirus pandemiyası səbəbindən bir görüşdən ibarət olub. Fransa təmsilçisi finalda “Bayernə”ə uduzub - 0:1.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm