Qvardioladan Klopp haqda təsirli sözlər: Bunu başa düşəcək qədər təvazökaram
Bizi izləyin

İdman

Qvardioladan Klopp haqda təsirli sözlər: Bunu başa düşəcək qədər təvazökaram

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”u tərk edən həmkarı Yurgen Klopp barədə danışıb.

Publika.az xəbər verir ki, o, təsirli açıqlamasında almaniyalı mütəxəssisi karyerasının ən böyükü rəqibi adlandırıb:

“Onun üçün çox darıxacağam. Yurgen həqiqətən də həyatımın vacib bir hissəsi idi. O, məni məşqçi kimi yüksək mərhələyə apardı. Bir-birimizə inanılmaz hörmətimiz var.

Mən onun qayıdacağını hiss edirəm. Sözlərinə görə çox sağ olsun, amma başa düşürük ki, klubdan mənə böyük dəstək var. Mən təkbaşına belə nəticələr əldə edə bilməzdim. Bunu başa düşəcək qədər təvazökaram.

Klopp komandamla birlikdə böyüməmə kömək etdi. O, karyeramın ən böyük rəqibi idi. Digər komandaları məğlub etdiyimiz kimi “Liverpul”u məğlub etməyin yolunu tapmamışam. Ona qarşı hər şey çox çətin idi.

O, üslubu və komandasının azarkeşi olmağın verdiyi inanılmaz qürur ilə “Liverpul” tarixinə yerləşdi. Söhbət təkcə titullardan getmir. Elə şəxsiyyətlər var ki, onlar bir yerə gəldikdən sonra əbədi olaraq qalırlar. Yurgen və onun “Liverpul”u tarixin bir hissəsi olacaq”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm