Bu ölkə 10 ildən sonra Suriyaya səfir göndərəcək
Bizi izləyin

Dünya

Bu ölkə 10 ildən sonra Suriyaya səfir göndərəcək

İtaliya 10 illik fasilədən sonra yenidən Suriyaya səfir göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani açıqlayıb.

Nazir parlamentdəki çıxışında İtaliyanın Suriya ilə diplomatik əlaqələri bərpa etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, İtaliyanın bu addımı Avropa İttifaqında parçalanmalara səbəb ola biləcək diplomatik addım kimi qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm