Superdöyüşün təşkilatçıları şokda: Böyük məbləğdə vəsait necə itirilib?
Bizi izləyin

İdman

Superdöyüşün təşkilatçıları şokda: Böyük məbləğdə vəsait necə itirilib?

Ukraynalı Aleksandr Usik ilə britaniyalı Tayson Fyuri arasında ağır çəkidə dünya çempionu adı uğrunda baş tutan döyüşü qanunsuz yayımlar vasitəsilə 20 milyona yaxın insan izləyib.

Publika.az xəbər verir ki, bununla bağlı “Yield Sec” analitik şirkəti araşdırma aparıb.

Bildirilir ki, turnirin təşkilatçıları təxminən 95 milyon funt sterlinq (təqribən 121 milyon dollar) itiriblər. Yayım hüquqları "Sky Sports", "TNT Sport" və DAZN tərəfindən alınıb. Bir yayımın tamaşaçı üçün satış qiyməti 25 funt sterlinq (təqribən 32 dollar) olub.

Qeyri-qanuni yayımların 45%-i Avropada, 25%-i Şimali Amerikada və 16%-i Asiyada baş verib. Qeyd olunur ki, "Yield Sec"in təhlili hər bir yayıma yalnız bir tamaşaçının baxdığı fərziyyəsinə əsaslandığı üçün qeyri-qanuni yayımı izləyənlərin sayının 20 milyondan çox olduğu ehtimal edilir.

Qeyd edək ki, Usik və Fyuri arasında döyüş Səudiyyə Ərəbistanında baş tutub. Görüşdə ukraynalı boksçu qələbə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm