Prezident Kvaratsxeliya üçün PSJ-dən fantastik məbləğ tələb etdi
Bizi izləyin

İdman

Prezident Kvaratsxeliya üçün PSJ-dən fantastik məbləğ tələb etdi

"Napoli"nin prezidenti Aurelyo De Laurentis vinger Xviça Kvaratsxeliyanı PSJ-yə buraxmağa hazırdır.

Publika.az "Sports Zone"a istinadən xəbər verir ki, 23 yaşlı vingerin yaxın adamları De Laurentisə PSJ-nin onun üçün 100 milyon avro ödəməyə hazır olduğunu bildiriblər.

Neapolitanların prezidenti cavab olaraq qeyd edib ki, 100 milyon onun Kvaratsxeliyanı satmağa hazır olduğu məbləğin yalnız yarısıdır. Yəni, Fransa nəhəngi 200 milyon avro təklif etsə, bu transfer reallaşacaq.

Bir neçə gün əvvən Xviçanın agenti müştərisinin top kluba keçmək arzusunda olduğunu bildirmişdi.

Qeyd edək ki, 23 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də çıxış edir. Ötən mövsüm o, 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm