PSJ Mbappenin borcunu ödəmir
Bizi izləyin

İdman

PSJ Mbappenin borcunu ödəmir

PSJ-nin keçmiş hücumçusu Kilian Mbappeyə təxminən 100 milyon avro borcu var.

Publika.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Bildirilir ki, Paris klubu 25 yaşlı fransalıya 2024-cü ilin aprelindən nə maaş, nə də bonus ödəyib. Qeyd olunur ki, Mbappenin vəkilləri artıq PSJ-yə rəsmi sənəd göndərərək futbolçuya lazım olan pulun ödənilməsini tələb ediblər.

Qeyd edək ki, Mbappe bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real”a keçib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm