İtaliya nəhənginin sahibi dəyişdi: Kredit borcunu ödəyə bilməyiblər
Bizi izləyin

İdman

İtaliya nəhənginin sahibi dəyişdi: Kredit borcunu ödəyə bilməyiblər

İtaliyanın "İnter" klubunun sahibi dəyişib.

Publika.az xəbər verir ki, ABŞ-ın "Oaktree Capital" investisiya fondu Milan təmsilçisini tərkibinə qatıb. Klubun keçmiş sahibi Stiven Janq 368 milyon avroluq krediti ödəyə bilmədiyi üçün fond "İnter"i nəzarətə götürüb.

Faizlə birlikdə çinli iş adamının "Oaktriee"yə 395 milyon avro borcu var.

“Fondumuz “İnter”in tarixinə, oyunçuların həvəsinə və klubun azarkeşlərinin fədakarlığına böyük hörmətlə yanaşır. "Oaktree" davamlı inkişaf vizyonu ilə idarəetməyə diqqət yetirməklə, klubun meydanda və meydandan kənarda uğurunu təmin etmək üçün "İnter"in hazırkı rəhbərliyi, tərəfdaşları, liqa və idman idarəetmə orqanları ilə sıx işləməyə sadiqdir", - deyə "Oaktree" bəyanat yayıb.

Qeyd edək ki, Stiven Janq 2016-cı ildə “İnter”i satın alan Çin şirkəti "Suning Holdings Group"un təsisçisi və sahibi çinli milyarder Janq Jindonqun oğludur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm